HAKİMİYYƏT RESURSLARI
(fransız ressource - köməkçi vəsait) - hakimiyyəti və onun təməlini möhkəmləndirmək, insanları, cəmiyyəti (dövləti) idarə etmək üçün istifadə olunan (və ya istifadəsi mümkün olan) real və potensial vasitələr. H.R. onun təməlindən irəli gəlir, eyni zamanda nisbətən müstəqildirlər və öz mahiyyətinə görə, həmin təməllərdən əhəmiyyətli dərəcədə genişdirlər. Odur ki, hakimiyyətin sosial-texnoloji halqasında, stabil və effektiv idarəçiliyin təmin edilməsində əsaslandınlmış göstərişin (Əmrin, Fərmanın, Qərarın və s.) qəbul edilməsi; onun tətbiq edilməsi; həyata keçirilməsinə nəzarət edilməsi; başqaları (idarəolunanlar) tərəfindən onun icrasının labüdlüyünə inandırılması, doğru-dürüst icrasına görə təşviq edilməsi və, eyni zamanda nalayiq icra edilməsinə və yaxud icra edilməsinə görə cəzalandırılmasının təmin edilməsi məqsədlərilə aşağıdakı H.R. mühüm əhəmiyyət kəsb edirlər: 1) ilk və ən vacib H.R. idarə edən şəxsin (idarəetməyə iddialı şəxsin - bu fərdi şəxs və ya dövlət məmuru ola bilər) müəyyən xarizmatik keyfiyyətləridir, hansı ki, ona vəziyyəti düzgün qiymətləndirməyə, öz yerində və vaxtında lazım olan doğrudürüst qərarı (göstərişi, Fərmanı, Əmri və s.) qəbul etməyə imkan verir; 2) pul və digər maddi nemətləri (o cümlədən, imtiyazlar), hansı ki, bütün təşəbbüslərin təşviqinə xidmət edir və idarəçilikdə zəruri olan tələbatları ödəyir; 3) kütləvi informasiya vasitələri (KİV), hansı ki, cəmiyyətin səfərbər edilməsində, idarə edilməsində və yönldilməsində danılmaz rol oynayır; 4) təşkilati resurslar, hansı ki, cəmiyyətin fəal üzvlərini öz daxilində hakim - tabeçilik iyerarxiyası strukturunda birləşdirməklə, yəni insanları vahid strukturda birləşdirməklə birgə fəaliyyət göstərməyə xidmət edən cəmiyyətin (eləcə də, dövlətin) idarəçiliyində “nüvə” və ya “lokomotiv” funksiyasını daşıyır (misal: siyasi partiya və ya digər təşkilat) bunun davamı olaraq; 5) insan potensialı, bu termin özündə idarəçilik üçün vacib olan üç mühüm amili cəmləşdirir: a) insanların savad və bacarıq keyfiyyətləri; b) kütləvilik və; c) “qüvvə”, hansı ki, cəmiyyəti (eləcə də, dövlət hakimiyyət orqanlarnı) özü ilə hesablaşmağa vadar edir; 6) məcburedici resurslar, hansı ki, müvafiq idarəçilik göstərişlərini (Əmr, Fərman, Sərəncam və s.) icra etməyən subyektə qarşı inzibati və maddi xarakterli, arzuolunmaz sanksiyaların tətbiqinə gətirib çıxarda bilər; 7) normativ resurslar, hansı ki, qanunvericilik aktlarmda (Konstitusiya, Qanunlar və digər hüquqi aktlar), təşkilat daxili Nizamnamə, Əsasanamə və s. eləcə də, yazılmayan “mənəvi-etik kodeksi” daxilində insanları, təşkilatı, cəmiyyəti və dövləti idarəetmək imkanları verir və xüsüsi olaraq; 8) icra aparat, hansı ki, idarəedici göstərişlərin (Əmr, Fərman, Sərəncam və s.) texniki baxımdan hazırlanmasına (tərtib etməsinə) kömək etməkdən başlayaraq, onun tətbiqini həyata keçirir, tətbiqinə mane olan məsələləri yerində həll edir, hətta həyata keçirilmədiyinə görə müəyyən cəza tədbirlərindən istifadə edir, yəni onun həyata keçməsinə əlində olan bütün üsul və vasitələrlə nəzarət və təmin edir və idarəedən şəxs qarşısında hesabat verir (məsuliyyət daşıyır). H.R.-dən elmi surətdə əsaslandırılmış və peşəkarcasına istifadə edilməsi həm hakimiyyətin özünü, həm də idarəedən şəxsin mövqelərini bərkidir, əks halda, yəni H.R.-ndan qeyripeşəkar, volyuntarist istifadə edilməsi hakimiyyətin həm əsaslarını parçalayır, dağıdır, həm də kritik
(krizisli) vəziyyətlərin əmələ gəlməsinə gətirib çıxardır.